Dünya

Bəşər Əsəd yenidən prezident olmaq istəyir

21 Aprel 2021 17:46
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın hazırkı Prezidenti Bəşər Əsəd prezident seçkilərində namizədliyinin qeydə alınması üçün Ali Konstitusiya Məhkəməsinə müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə bu gün SANA agentliyi məlumat yayıb.

Suriyada prezident seçkiləri bu il mayın 26-da keçiriləcək.

Bazar ertəsindən başlayaraq Ali Konstitusiya Məhkəməsi prezidentliyə namizədləri qeydə alınması üçün sənəd qəbuluna başlayıb. Qeydiyyat müddəti 10 gün nəzərdə tutulub. İndiyə olan məlumata görə, B. Əsəddən başqa, daha 5 nəfər prezidentliyə namizədliyinin qeydə alınması müraciət edib ki, onlardan iki nəfəri qadındır.

Suriya konstitusiyasına görə, prezidentliyə namizədlər 40 və daha yuxarı yaşda olmalı, son 10 il ərzində ölkədə yaşamalı və xarici ölkə vətəndaşı olmamalıdır.

Suriyada sonuncu dəfə prezident seçkiləri 2014-cü ildə keçirilib və seçkilərin qalibi Bəşər Əsəd olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.