Dünya

Türkiyədə koronavirusa yoluxmada rekord

1 Aprel 2021 21:29
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gün 176 nəfər koronavirusdan ölüb.

Sutka ərzində 240 min 12 test aparılıb, bunlardan 40 min 806-sı müsbət çıxıb. Bu, Türkiyədə koronavirusun aşkarlanmasından indiyədək görülən ən yüksək yoluxma sayıdır.

Bu gün həyatını itirən 176 nəfərlə ölənlərin ümumi sayı 31 min 713-ə çatıb.

20 min 817 nəfər koronavirus müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların sayı 3 milyon 35 min 43-ə yüksəlib.

Ağır xəstə sayı 2 min 135-dir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.