Dünya

71 yaşlı sərxoş sürücü maşını piyadaların üstünə sürdü: 3 nəfər öldü - VİDEO

16 Mart 2021 09:38
Baxış: 973
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində 71 yaşlı sürücü idarə etdiyi maşını piyadaların üstünə sürüb. 

APA "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində piyadalardan 3-ü ölüb, 9-u yaralanıb.

Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.  

Polisin məlumatına görə, sürücü saxlanılıb, onun sərxoş olduğu müəyyən edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.