Dünya

SON DƏQİQƏ: Bölgədə şiddətli toqquşmalar gedir - Rusiya xüsusi təyinatlılar göndərdi

12 Mart 2021 12:07
Baxış: 10 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya xüsusi təyinatlıları Donetskə göndərib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Ukrayna mediasının iddiasına görə, son 24 saat ərzində vəziyyət daha da ağırlaşıb. Məlumata görə, bölgədə silah səsləri eşidilir. Tərəflərin ağır silahlardan istifadə etdiyi irəli sürülür. Rusiyameyilli hərbçilər arasında ölənlərin olduğu bildirilir.

Rəsmi Kiyevin iddiasına görə, rusiyameyilli qüvvələr yaşayış məntəqlərində mövqe tutmaqla dinc sakinlər üçün təhlükə yaradır. Separatçılar isə bildirir ki, Ukrayna ordusu 1 ildən sonra ilk dəfə Zolote bölgəsi istiqamətində hücuma keçib. Bu hücum irimiqyaslı əməliyyatlara hazırlıq kimi dəyərləndirilir.

Ria-novosti agentliyi də bölgədə şiddətli atışmaların getdiyinə dair xəbər yayıb. Agentliyin məlumatına görə, tərəflər bir-birilərini atəşkəsi pozmaqda ittiham edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.