Dünya

ABŞ İran sərhədlərinə bombardmançı göndərdi

8 Mart 2021 15:20
Baxış: 824
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın 2 ədəd B-52 bombardmançı təyyarəsi ölkə ərazisində İranın cənub sərhədlərinədək fasiləsiz uçuş həyata keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Atlantik okeanı, Aralıq dənizi, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Fars körfəzi üzərindən uçan təyyarələr İran sərhədinə çatdıqdan sonra geri qayıdıb.

Bombardmançı təyyarələrin fasiləsiz uçuşunu yanacaqdolduran təyyarələr təmin edib. Uçuş zamanı bombardmançıları İsrail, Səudiyyə Ərəbistanı və Qətər qırıcıları müşayiət edib.

Qeyd olunur ki, bu, ABŞ bombardmançılarının son dörd ay ərzində İran sərhdlərinədək 7-ci uçuşudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.