Dünya

Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır

2 Mart 2021 15:42
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin iyul ayının sonunadək ölkə əhalisinin 40 faizini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Çində peyvəndləmənin ortalama səviyyəsi hər 100 nəfərə 3,56 nəfər təşkil edir ki, bu da İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-la müqayisədə dəfələrlə azdır.

Hazırda Çində 4 fərqli koronavirus vaksini təsdiq olunub. Fevralın sonunadək ölkədə 50 milyon doza vaksin istehsal olunub.

Qeyd edək ki, dünyada əhalinin peyvəndlənməsi səviyyəsinə görə, İsrail liderlik edir. Bu ölkədə bu günədək əhalinin 38 faizə yaxını peyvəndlənib. BƏƏ-də bu rəqəm 22,4 faiz, ABŞ-da 7,55 faiz təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.