Dünya

Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib

25 Fevral 2021 07:15
Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının Karakasa qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq İspaniya, Hollandiya, Fransa və Almaniyanın səfirlik nümayəndələrinə etiraz notaları verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin xarici diplomatiya rəhbəri Xorxe Arreas bildirib.

Daha əvvəl Bolivar Respublikasının səlahiyyətliləri Aİ-nin ölkədəkiı səfiri Isabel Brilyante Pedrosonu "persona non-qrata" elan ediblər. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

Xatırladaq ki, fevralın 22-də Aİ Venesuela dövlət qulluqçularına qarşı sanksiyalar siyahısını genişləndirib. Ümumilikdə bu sanksiya siyahısına Venesuela üzrə 55 şəxş daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.