Dünya

ABŞ konqresmenləri 908 milyard dollarlıq iqtisadiyyata dəstək layihəsi təqdim ediblər

2 Dekabr 2020 09:05
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresindəki bir qrup respublikaçı və demokrat pandemiya ilə əlaqədar iqtisadiyyata 908 milyard dollarlıq əlavə dəstək layihəsini təqdim ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihə işsizlik sığortasına 180, kiçik sahibkarlıq sahəsi yardımına isə 288 milyard dollar ayırır. Bununla birgə nəqliyyat, şəhərlər, məktəblər və poçt xidmətinə milyardlarla dollar dəstək veriləcək. COVID-19-a qarşı peyvəndlərin hazırlanması üçün 16 milyard dollar ayrılması planlaşdırılır.

"Bu, koronavirus pandemiyası zamanı yardım mexanizmidir. Siyasi tarazlığın vaxtı deyil... Layihə ən çətin anlardan keçməyimizə kömək edəcək", - deyən senator Co Mançin Konqresin Milad tətillərinə iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbir paketi təmin etmədən ayrılmasının "bağışlanmaz" olacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.