Dünya

Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb

20 Noyabr 2020 21:10
Baxış: 367

Noyabrın 20-dən etibarən Türkiyədə COVID-19 peyvəndi üçün vətəndaşların könüllü müraciətlərinin qəbuluna başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Qeyd edilib ki, sentyabrın 15-də Türkiyədə üçüncü faza işlərinə başlanılan Çin istehsalı bu peyvənd ilk olaraq könüllü səhiyyə işçilərinə tətbiq edilib. Hazırda 18-59 yaşarası və daha əvvəl COVID-19-a yoluxan vətəndaşların müraciətləri qəbul edilir.

COVID-19 peyvəndinin tətbiqi Türkiyənin 12 vilayətinin 25 mərkəzində aparılır. Peyvənd bu günə qədər 726 könüllü səhiyyə işçisinə vurulub və müsbət nəticə əldə olunub. Bundan sonra peyvəndin ümumilikdə 12 min 450 könüllüyə vurulması planlaşdırılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.