Dünya

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib - FOTO

24 Oktyabr 2020 12:24
Baxış: 4 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hüquq-mühafizə orqanları iki azərbaycanlını beynəlxalq axtarışa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev zorakılıq və soyğunçuluqda, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda təqsirli bilinir.

Hər iki şəxs barəsində Rusiya məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.