Dünya

BMT: Son 50 ildə 11 mindən çox təbii fəlakət olub, iki milyon insan ölüb

14 Oktyabr 2020 21:59
Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin bəzi qurumlarının birgə hesabatında deyilir.

Hesabata əsasən, ötən müddət ərzində təbii fəlakətlər səbəbindən 2 milyon insan həyatını itirib. Su, hava və iqlimdən qaynaqlanan təbii fəlakətlərin vurduğu iqtisadi zərər isə 3,6 trilyon dollar təşkil edib.

Hesabat dövründə hər bir təbii fəlakətə görə qeydə alınan ortalama ölü sayı üçdə bir dəfə azalıb, qeydə alınan təbii fəlakətlərin sayı 5 dəfə, iqtisadi zərərlər isə 7 dəfə artıb.

Hesabata əsasən, son 20 ildə Çində 577, ABŞ-da 467, Hindistanda isə 321 təbii fəlakət baş verib. Ən böyük təbii fəlakətin səkkizi Asiyada olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.