Avstraliyada sahilə atılan 180 qara grind-delfinləri dərin sulara çıxarmağa çalışırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avstraliyalı xilasedicilər Tasmania yaxınlığında sahilə atılan 180 qara grind-delfinləri dərin sulara çıxarmağa çalışırlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dayaz sularda qalan 270 heyvandan ən azı 90-nın həlak olması bildirilir.
Çərşənbə axşamı, xilasedicilər əksəriyyəti dərin suya yaxın olan 25 delfinləri xilas edə biliblər. Alimlərin sözlərinə görə, xilasetmə əməliyyatı bir neçə gün davam edə bilər.
Grind-delfinləri, Avstraliyanın Tasmania adasının şərq sahili yaxınlığında bazar ertəsi günü aşkar edilib. Belə hallar bu bölgədə qeyri-adi hal deyil, lakin bu qədər sayda balinaya bənzərlərin son dəfə 2009-cu ildə, təxminən 200 heyvanın dayaz suda olduğu zaman sahilə atılıb.
Tasmaniya xilasediciləri adanın qərbindəki Makkuori Heds körfəzində üç qrup delfin aşkar ediblər. Bu, ucqar bir ərazidir, buraya həm quru, həm də dəniz yolu ilə çatmaq çox çətindir.
Təxminən 200 grind qayıq sahiblərinin istifadə etdiyi dənizə enən qumlu ərazidə aşkar edilib. 30 heyvan bir neçə yüz metr məsafədə, daha 30 heyvan isə sahildə idi.
Çərşənbə axşamı səhəri, təxminən 40 nəfərlik xüsusi təlim keçmiş xilasetmə qrupu delfinləri dərinliyə aparmağa başladı.
"Adətən biz sahildə olan heyvanlarla məşğul oluruq. Bu dəfə hər şey başqa cürdür. Burada delfinlər yarıyadək sudadılar, buna görə də onları xilas etmək üçün bir az güc tətbiq lazımdır", - deyə əməliyyat iştirakçılarından biri, bioloq Kris Karlion söyləyir.
Grindlər daha dərin suya düşdükdən sonra xilasedicilər onları sahildən uzaqlaşdırmağa çalışacaqlar. Karlionun sözlərinə görə güclü sahilə çarpan dalğaya görə bunu etmək o qədər də asan olmayacaq. Delfinlərə yardım etmək üçün qayıqlardan istifadə etməsi lazım olduğu istisna edilmir.
Bioloq qeyd etdi ki, bəzi heyvanların çox böyük olduğundan və ya narahat bir vəziyyətdə olduqları üçün, çox güman ki, onları xilas etmək mümkün olmayacaq. Grind - delfinlərin uzunluğu yeddi metrə çata bilər, çəkisi üç tona qədərdir. "Əvvəlcə xilasolma şansı daha çox olan heyvanlarla məşğul olacağıq", - deyə Carlion izah edib. O əlavə edib ki, əvvəlki xilasetmə əməliyyatlarının təcrübəsi göstərir ki, balinaya bənzərlər quruda üç-dörd gün sağ qala bilirlər. Bundan başqa, hazırkı vəziyyətdə bir çox delfin qismən sudadır, buna görə onların yaşamaq şansları daha da yüksəkdir.
Hökumət nümayəndələri yerli sakinləri əməliyyatda kifayət qədər sayda xilasedicinin iştirak etdiyində əmin etdirərək, onları hadisə yerinə yaxınlaşmamağa çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə





