Dünya

Fələstin prezidenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıb

5 Sentyabr 2020 07:55
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstində yeni növ koronavirusa (COVİD-19) mübarizə çərçivəsində fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq sərəncam Fələstin prezidenti Mahmud Abbas tərəfindən imzalanıb.

Məlumata əsasən, ölkə ərazisində fövqəladə vəziyyət rejimi sentyabrın 4-dən başlayaraq daha 30 gün müddətinə uzadılıb.

Qeyd edək ki, Fələstində yeni növ koronavirusa (COVİD-19) təxminən 33 min nəfər yoluxub. Onlardan 22,3 min nəfəri sağalıb, 192 nəfəri isə vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.