Dünya

Almaniyada hakerlər deputatların və hərbçilərin məlumatlarını əldə edə biliblər

16 Avqust 2020 18:18
Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən həftə Almaniya Silahlı Qüvvələri üçün nəqliyyat xidmətləri göstərən quruma haker hücumu olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ARD TV xəbər yayıb. Hakerlət eyni zamanda Bundestaqın deputatlarının məlumatlarını da əldə ediblər. Beləliklə, naməlim şəxslər Almaniya hərbçiləri və siyasətçilərinin məlumatlarını əldə etməyə müvəffəq olublar.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi telekanala BW-Fuhrpark Service GmbH-nin İT şəbəkəsinə haker hücumunun olmasını təsdiqləyib.

Qeyd olunur ki, hadisə barədə nazirliyə cümə axşamı məlumat verilib, bundan sonra istintaq başlanılıb.

Telekanalın verdiyi məlumata görə, Bundestaq rəhbərliyindən bildirilib ki, hücumun məqsədi, növü və dərəcəsi, habelə məlumat saxtakarlığı və ya sızma olub, olmadığı barədə heç nə bilinmir.

Onu da qeyd edək ki, BW-Fuhrpark Service GmbH 75.1% Alman Müdafiə Nazirliyinə, 24.9% Deutsche Bahn dəmir yolu şirkətinə məxsusdur. Bild tabloidinə görə, alman millət vəkilləri 2019-cu ildə şirkətin xidmətlərindən 142 min dəfə istifadə ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.