Dünya

Pakistanda qəzaya uğramış təyyarədə sağ qalanlar var - YENİLƏNİB - FOTO

22 May 2020 18:42
0 Şərh     Baxış: 3 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:42

Pakistanın Kəraçi şəhərində qəzaya uğramış sərnişin təyyarəsində azı 2 nəfər sağ qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə 98 sərnişin və heyət üzvü olub.

Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

Hadisə təyyarənin eniş etməsinə az qalmış baş verib.

---------
15:55

Karaçidə yaşayış məntəqəsinə düşən "Airbus A320" təyyarəsinin göyərtəsində ümumilikdə 107 nəfər olub.

Bu barədə "The New York Times"ın verdiyi xəbərdən məlum olub.

"Göyərtəsində 99 sərnişin və 8 heyət üzvü olan RK 8303 təyyarəsi qəzaya uğrayıb", - deyə, məlumatda bildirilib.

---------
14:39

"Pakistan Beynəlxalq Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisənin təyyarənin eniş etməsinə az qalmış baş verib.

Qəza zamanı təyyarədə 91 sərnişin olub. Onların taleyi barədə hələlik məlumat verilməyib.

Təyyarə Lahordan Kəraçiye daxili reys yerinə yetirirdi.

Hadisə yerinə xilasedicilər, eləcə də hərbçilər cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.