Dünya

Bu ölkədə İnsanlar küçədə yıxılıb, huşunu itirdi - 5000 insan xəstəxanaya çatdırılıb

8 May 2020 10:54
0 Şərh     Baxış: 2 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Vişakhapatnam şəhərində insanlar küçədə getdikləri yerdə huşlarını itiriblər. Bir çoxları isə evlərində olsalar belə, nəfəs almaqda çətinlik çəkməyə başlayıblar. Sakinlər arasında təlaş başlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisəyə "LG Polymers" kimyəvi zavodunda stirol sızması səbəb olub.

Artıq ölənlərin sayı səkkiz nəfərə yüksəlib. Qurbanlar arasında uşaqlar da var.

Xəstəxanaya ümumilikdə 5 000 adam çatdırılıb.

Hökumət sakinləri evlərini tərk etməməyə və ya təhlükəsiz zonalara getməyə çağırıb. Küçəyə çıxarkən isə suda isladılmış maska taxmaq tövsiyə olunub.

Stirol - müxtəlif polimerlərin istehsalı üçün istifadə olunan rəngsiz zəhərli mayedir. Buxarı ilə nəfəs aldıqda qaraciyər və sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.