Dünya

“Kurtlar vadisi”nin aktyoru koronavirusdan öldü - FOTO

1 Aprel 2020 11:05
4 Şərh     Baxış: 10 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Ordinaryuis obrazı ilə məşhurlaşan aktyor Turhan Kaya koronavirusdan vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor 10 gün əvvəl öskürək şikayəti ilə xəstəxanaya gedib. Xəstəxanada müalicə alan kino ulduzu daha sonra reanimasiyaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, Tarhan Kayanın həyatını xilas etmək mümkün olmayıb. Aktyorun oğlu Teo atasının koronavirus infeksiyasından vəfat etdiyini açıqlayıb.

Turhan Kayanın ailə üvlərinə də COVID-19 testi edilib, ancaq heç birinin infeksiyaya yoluxmadığı üzə çıxıb. Onun Fransa vətəndaşı olan keçmiş həyat yoldaşı xaricdə olduğu üçün yas mərasiminə qatıla bilməyib.

Aktyor sonuncu dəfə "Halka" serialında rol almışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.