Dünya

Bu ölkədə "koronavirus" sözü qadağan edilib

1 Aprel 2020 10:57
4 Şərh     Baxış: 3 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistanda hakimiyyət "koronavirus" sözündən istifadə etməyi qadağan edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı bəyan edib.

Türkmən jurnalistlər iddia edirlər ki, koronavirus infeksiyası məktəblərdə, xəstəxanalarda, KİV-də və tibb kitabçalarında qeyd edilmir.

Küçədə maska taxan və ya pandemiyadan danışan insanlar isə həbs təhlükəsi ilə üzləşirlər.

Rəsmi məlumatlara görə, Türkmənistanda koronavirusa yoluxma hadisəsi də qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov vətəndaşlara qədim xalq inancı olan üzərlik tüstüsü ilə viruslardan qorunmağı tövsiyə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.