Dünya

Avstraliya ölkəyə gələnlər üçün 14 günlük izolyasiya tələbini tətbiq edir

15 Mart 2020 18:18
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya hakimiyyəti ölkəni koronavirusun yayılmasından qorumaq üçün yeni tədbirlər tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir Skott Morrisonun dediyinə görə, sabahdan etibarən ölkə ərazisinə girən hər kəs 14 gün təcrid olunması üçün tədbirlər görməlidir.

S.Morrison vurğulayıb ki, xaricdən Avstraliyaya gələn bütün insanlardan 14 gün ərzində özünü təcrid etmək üçün tədbirlər görmələri tələb olunur.

O qeyd edib ki, hökumətin qərarı virusun bir çox ölkədə geniş yayılması və həmin ölkələrə baş çəkən insanların Avstraliyada infeksiya mənbəyi ola bilməsi ilə diktə edildi.

Əlavə məhdudiyyətlər martın 16-sı saat 00:00-dan tətbiq olunur. Baş nazirin sözlərinə görə, yaxın 30 gün ərzində bütün dövlət dəniz limanları xarici sərnişin laynerləri üçün bağlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.