Dünya

Sabiha Gökçendəki qəzaya görə pilot həbs edildi

24 Fevral 2020 23:55
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq qəzaya uğrayan təyyarənin kapitan pilotu Mahmut Arslan həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müalicə aldığı xəstəxanadan Anadolu Ədalət Sarayına gətirilən Mahmut Arslan "səhlənkarlıq səbəbindən ölümə və yaralanmağa səbəb olma" ittihamı üzrə həbsə məhkum edilib.

Qəza ilə əlaqədar köməkçi pilotun da ifadəsi alınıb.

Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysini gerçəkləşdirən, 177 heyət sərnişin və 6 heyət üzvünün olduğu "Pegasus" hava yollarına məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Qəzada 3 nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.