Dünya

Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanılıb

11 Fevral 2020 21:42
0 Şərh     Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi FETÖ terror təşkilatının üzvü olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin İstanbul, Ankara, İsparta və Bolu şəhərlərində terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 28 dövlət qulluqçusundan 14-ü saxlanılıb. Onların, eyni zamanda, təşkilatın kriptoqrafik xəbərləşmə sistemi "Bylock"dan istifadə etdikləri də müəyyən olunub.

Şübhəlilərdən beşinin xaricdə olduğu aşkarlanıb. Hazırda digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.