Dünya

Mağazaya oyuncaq silahla hücum edib ətirləri içdi

7 Fevral 2020 10:52
1 Şərh     Baxış: 2 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Novosibirsk vilayətində 54 yaşlı yerli sakin oyuncaq silahla mağazaya hücum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Çanovski rayonunun Kabaklı kəndində baş verib.

Yerli sakin silahla satıcıları qorxudaraq mağazadan düşbərə və ətirlər oğurlayaraq qaçıb.

Polislər onu evində tutublar. Məlum olub ki, həmin şəxs oğurladığı düşbərələri yeyib, ətirləri isə içib.

Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.