Rusiyanın Novosibirsk vilayətində 54 yaşlı yerli sakin oyuncaq silahla mağazaya hücum edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Çanovski rayonunun Kabaklı kəndində baş verib.
Yerli sakin silahla satıcıları qorxudaraq mağazadan düşbərə və ətirlər oğurlayaraq qaçıb.
Polislər onu evində tutublar. Məlum olub ki, həmin şəxs oğurladığı düşbərələri yeyib, ətirləri isə içib.
Onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Milli.Az