Dünya

Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib"

3 Fevral 2020 12:30
6 Şərh     Baxış: 1 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlkin məlumata görə, İdlibdə qarşı tərəfdən 30-35 suriyalı zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) İdlibdə müəyyənləşdirdiyi 40-a yaxın hədəfə zərbələr endirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 hərbçisi yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.