Dünya

Koronavirusdan şübhələnib xəstəxanaya gəldi: Dərman olmadıqda həkimlərə öskürdü - VİDEO

1 Fevral 2020 11:59
1 Şərh     Baxış: 2 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Syaoqan şəhərinin sakini  ona lazım olan dərmanları vermədikləri üçün həkimlərin üstünə qəsdən öskürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, adam 2019-nCoV koronavirus epidemiyasının baş qaldırdığı qonşu Uxanda olub.  Səfərdən sonra onun səhhəti pisləşib. Çinlinin temperaturu 39 dərəcəyədək yüksəlib və dörd gün ərzində düşməyib.

O, Syaoqan Mərkəzi Xəstəxanasına müraciət edib, lakin tövsiyə edilən müalicənin təsiri olmayıb. Çinli təkrar müayinə üçün başqa bir xəstəxanaya yollanıb. Resept üzrə dərman almağa çalışdıqda isə ona bitdiyi deyilib. Bundan sonra o, üzündəki qoruyucu maskasını çıxarıb həkimlərin üstünə öskürüb. Nəticədə ərazi dezinfeksiya edilib.

Bir qədər sonra çinli polis tərəfindən saxlanılıb. Lakin məlum olub ki, xəstə sadəcə adi soyuqdəymədən əziyyət çəkirmiş.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.