Dünya

Ərdoğan zəlzələ nəticəsində ölən ana və uşağın cənazəsini ÇİYNİNDƏ DAŞIDI

25 Yanvar 2020 23:14
0 Şərh     Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəcəb Tayyib Ərdoğan iş proqramında dəyişiklik edərək ötən gün 6,8 bal gücündə zəlzələnin dağıntılar törətdiyi Elazığ şəhərinə gedib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib və onların cənazəsini çiynində daşıyıb.

Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək, heç kəs diqqətdən kənarda qalmayacaq:

"Zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək. .

Qeyd edək ki, zəlzələ nəticəsində 22 nəfər dünyasını dəyişib, 1030 nəfər xəsarət alıb. 40 nəfər dağıntılar altından çıxarılıb, 21 nəfərin isə axtarışları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.