Dünya

Narkotiklə spirtli içkini qarışdıran 23 yaşlı qız öldü - FOTO

25 Yanvar 2020 13:46
1 Şərh     Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23 yaşlı qız narkotik vasitə ilə spirtli içkini qarışdırıb içdiyinə görə ölüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Massaçusets ştatında, Plimut şəhərində baş verib.

23 yaşlı Andrea Horvathova yaşadığı evdə spitli içki qəbul etdikdən bir müddət sonra şüurunu itirərək yerə yıxılıb. Hadisə yerinə çağırılan həkimlər onun öldüyünü bildiriblər.

Andreanın sevgilisi məhkəmədə ifadəsi zamanı bildirib ki, o, ölümündən bir müddət əvvəl bir neçə narkotik maddə ilə spirtli içki qəbul etdiyinə görə dünyasını dəyişib.

Onun narkotik maddə ilə spirtli içki içdiyinə görə ürəktutmadan vəfat etdiyi ekspertiza nəticəsində təsdiqlənib.

Milli.Az onun fotolarını təqdim edir:

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.