Dünya

Böyük Britaniya parlamenti Baş nazirin Brexit müqaviləsini müzakirəyə çıxarır

7 Yanvar 2020 21:19
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya parlamentində deputatlar Baş Nazir tərəfindən təqdim olunan Brexit müqaviləsini üç gün müddətində müzakirə edəcəklər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, müzakirələrdən sonra müqavilə Lordlar Palatasına təqdim olunacaq.

Brexit sövdələşməsinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliyin təhlilindən sonra müzakirələr yenidən davam etdiriləcək.

Müqavilə Avropa İttifaqına ödəmələri, vətəndaşların hüquqlarını və Şimali İrlandiya üçün gömrük tənzimləmələrini əhatə edir.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dək Avropa İttifaqını tərk etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory