Dünya

Kataloniya hökuməti turizmə aid vergiləri artırmağı planlaşdırır

20 Dekabr 2019 09:05
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kataloniya hakimiyyəti turist vergi dərəcəsini 2020-ci ildən artırmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Barselonada dörd ulduzlu oteldə gecələdikdə ödəniş 1,10 avrodan 1,70 avroya, beşulduzlu otellərin qonaqları üçün isə 2,25-dən 3,5 avroya qədər artacaq.

Kataloniyanın paytaxtında 12 saatdan az qalan kruiz sərnişinləri üçün vergi dərəcəsi 2,25 avrodan 3 avroya qədər, şəhərdə daha çox vaxt keçirənlər üçün isə 0,65 avrodan 1 avroya qədər artacaq.

Bölgənin digər şəhərlərində dörd ulduzlu oteldə gecələmək, indi olduğu kimi, 0.9 avroya deyil, 1,2 avroya başa gələcək. Beş ulduzlu oteldə bir gecənin qiyməti də dəyişəcək: 2.25 avro əvəzinə vergi 3 avro olacaq.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, Barselonada qeydiyyatlı yerləşmə məntəqələrində gecələyənlərin sayı ildə 30 milyona, kruiz sərnişinlərinin sayı isə 2,2 milyonf çatır. Bu şəraitdə Kataloniya paytaxtına şəhər infrastrukturunu qorumaq üçün daha çox vəsait lazımdır. Turistik vergilər bölgənin xəzinəsinə 21 milyon avro gətirəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.