Dünya

Bəşər Əsəd Suriyanı birləşdirə bilməyəcək - Türkiyə

14 Dekabr 2019 23:13
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada 500 mindən çox insanı öldürən şəxs ölkəni birləşdirə bilməz.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriya lideri Bəşər Əsədlə bağlı münasibəti barədə danışarkən deyib.

"Bizim mövqeyimiz çox açıqdır. 500 mindən çox insanı öldürən birinin ölkəni birləşdirməyəcəyinə inanırıq. Buna görə, bu dövrdəki hökumətin qanuni olmadığını düşünürük. Fəqət sonda demokratik və ədalətli seçki üçün uyğun konustitusiya hazırlayarsa, buna Suriya xalqının qərar verməsi lazımdır. Ancaq açıq şəkildə buna inanırıq ki, son 10 ildə olanlardan sonra Əsəd ölkəni birləşdirə bilməz", - Çavuşoğlu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.