Kənddə yüksək rütbəli polisin qətlini bayram ediblər - Havaya fişənglər buraxilib, avtomatlardan atəş açilib...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiya üzrə ekstremizmlə mübarizə Mərkəzinin ("E" mərkəzi) rəhbəri İbrahim Elcarkiyevin Moskvada qətlə yetirilməsini onun ehtimal olunan düşmənləri havaya fişənglər buraxmaqla və avtomatlardan atəş açmaqla bayram ediblər.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, İnquşetiyanın Ekajevo kəndində sakinlər yüksək rütbəli polisin qətlindən sevindiklərini bu cür büruzə veriblər. "İbrahim Elcarkiyevin düşmənləri onun ölümündən sonra yaylım atəşi açıblar, salyut buraxıblar. Bayram, atəşfəşanlıq, avtomat atəşləri-bütün bunlar Nazranın yaxınlığındakı Ekajevo kəndində başlayıb",-məlumatda deyilir.

Həmin kənddə radikal batalhacılı təriqətinin üzvləri yaşayır. Həmin təriqətin liderlərindən biri İbrahim Belxoroyev idi. O, 2018-ci ildə öldürülüb. Bir çoxları dini təriqət liderinin qətlinin "E" mərkəzi və şəxsən Elcarkiyev tərəfindən təşkil olunduğuna əmindir.
Xatırladaq ki, İbrahim Elcarkiyevi və qardaşını Moskvada noyabrın 2-də qətlə yetiriblər. Killer əvvəlcə polis zabitini güllələyib, daha sonra köməyə gələn qardaşına atəş açıb. Qətlin sifarişli olduğu əsas versiyadır. Ehtimallara görə Elcarkiyevin öldürülməsinin motivi qan davasıdır. Lakin kimlərinsə ondan işgəncələrə görə qisas alması da ehtimal edilir. Çünki "E" mərkəzində saxlanılanlara qarşı qəddar işgəncələr tətbiq olunub.

İbrahim Elcarkiyev İnquşetiya daxili işlər naziri postuna namizəd hesab edilirmiş. Qardaşı isə Moskvada neyrocərrah işləyirmiş. Məlumatlara görə Elcarkiyev Moskvaya xidməti ezamiyyətlə bağlı getmişdi.
O, bu gün İnquşetiyada, doğulduğu Nazran şəhərində dəfn olunub. Dəfn mərasimində İnquşetiya daxili işlər naziri Mixail Korobkin, Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, general-polkovnik Sergey Baçurin və digər rəsmilər də iştirak edib. Təhlükəsizlik məqsədi ilə Nazran qəbiristanlığı polis əhatəsində olub, hər 100-150 metrdən bir polis kordonları qoyulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)





