Dünya

Birləşmiş Ştatlar Rusiyadan geri qalmaq istəmədi: "Abrams"lar getdi

1 Noyabr 2019 20:19
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Suriyanın şimalına əlavə olaraq 300-ə yaxın şəxsi heyət və 20 yeni zirehli avtomobil göndərib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hərbi polis Türkiyə tərəfi ilə birlikdə sərhədyanı ərazilərdə patrul fəaliyyətinə başlayıb.

Rusiyalı polislər hər gün ən azı 10 yaşayış məntəqəsindən keçəcəklər. Məlumata görə, Rusiyaya məxsus "Tiqr" markalı zirehli avtomobil razılaşdırılmış məntəqələrdə türkiyəli hərbçiləri qarşılayaraq onlarla birgə bu marşrutlar üzrə hərəkət edəcək. Patrul beş saat ərzində təxminən 150 kilometr məsafəni qət etməli olacaq. Hər nəzarət məntəqəsində hesabat veriləcək. Rusiya-Türkiyə birgə patrul fəaliyyəti artıq başlayıb.

Bu arada Pentaqon rəhbəri Mark Esper isə öz növbəsində bəyan edib ki, Birləşmiş Ştatlar Suriyanın şimalında neft yataqlarını qorumaq niyyətindədir.

Birləşmiş Ştatlar bu məqsədlə "Abrams" tanklarının dəstəyi ilə kiçik hərbi kontingent göndərəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.