Dünya

Korbin ABŞ-ın sirlərini Rusiyaya ötürəcək - Şok iddia

15 Sentyabr 2019 15:52
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya müxalifətinin lideri Ceremi Korbin ölkəsinin ABŞ-a verdiyi kəşfiyyat məlumatlarını Rusiya hökumətinə ötürə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf" nəşri ABŞ Prezidenti Donald Trampın keçmiş məsləhətçilərinin dəstəyi ilə hazırlanmış hesabata istinadən yazıb.

Qeyd olunan halın Korbinin hakimiyyətə gələcəyi halda mümkün ola biləcəyi bildirilib. Belə ki, Korbinin ABŞ və NATO müttəfiqliyindən imtina edəcəyi və aktiv şəkildə Rusiyanı dəstəkləyəcəyi də istisna edilmir.

Hesabatda Korbinin rəhbərlik edəcəyi hökumətin NATO və bir sıra kəşfiyyat alyanslarında iştirakının azaldıla biləcəyi göstərilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.