Dünya

Cənubi Koreyada Putinin səfərini gözləyirlər

13 Sentyabr 2019 08:08
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seul, Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edəcəyinə ümid edir, ölkənin Rusiyadakı səfiri Lee Sok Pae bunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Cənubi Koreyanın Rusiyadaki səfiri bunları söyləyib: "Prezident Vladimir Putinin yaxın gələcəkdə Cənubi Koreyaya səfər edə biləcəyini gözləyirik. Tamamilə əminəm ki, onun Cənubi Koreyaya səfəri Cənubi Koreya ilə Rusiya arasında real əməkdaşlığı gücləndirməyə və genişləndirməyə böyük təkan verəcək".

Səfir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə 2020-ci ildə Rusiya və Cənubi Koreya arasında mədəni və iqtisadi tədbirlər təşkil edəcəyini qeyd etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.