Dünya

İranda saatda 101 km sürətlə əsən külək qum qasırğası yaratdı

10 Sentyabr 2019 15:58
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətinin Zabol rayonunda ötən gün küləyin sürəti saatda 101 kilometrə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, kəskin hava şəraiti ilə bağlı xəbəri İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun direktoru Mahmud Diyanəti rəsmi təsdiqləyib. M.Diyanətinin sözlərinə görə, güclü külək bölgədə qum qasırğasına da səbəb olub.

Büro direktoru əlavə edib ki, hazırda rayonda hava tozlu, görüntü zəifdir, xüsusən də aeroportun işində problem yaradır.

Büro rəsmisi proqnozlara əsasən, hava şəraitinin həftə sonuna qədər bu cür davam edəcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.