Dünya

"Parlamentin işinin dayandırılması Britaniya demokratiyasına ləkədir"

28 Avqust 2019 18:47
0 Şərh     Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya parlamentinin işinin dayandırılması ölkə demokratiyasının tarixində qara ləkə kimi qalacaq. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri avqustun 28-də Şotlandiyanın birinci naziri Nikola Stercen özünün Twitter səhifəsində yazıb.

Şotlandiya hökumətinin başçısı əlavə edib: "Mənə elə gəlir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson sazişsiz Brexiti zorla qəbul etdirmək üçün parlamentin fəaliyyətini dayandırıb. Parlament üzvləri gələn həftə ona mane olmaq üçün birləşməsələr, bu hadisə Britaniya demokratiyasının tarixində qara gün olaraq qalacaq".

Məlum olduğu kimi, Baş Nazir Boris Conson avqustun 28-də ölkə parlamentinin fəaliyyətini oktyabrın 14-dək dayandırdığını elan edib. Beləliklə, deputatlar sentyabrın 3-də tətilə çıxdıqdan sonra Böyük Britaniyanın sazişsiz Avropa İttifaqını tərk etməsinə mane olmaq üçün çox az vaxta malik olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.