Dünya

“Böyük yeddilik” İranla bağlı qərar verdi

25 Avqust 2019 15:04
0 Şərh     Baxış: 2 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın Biarrits şəhərində keçirilən görüşdə "Böyük yeddilik" ölkələrinin liderləri yekdil olaraq qərara gəliblər ki, İran nüvə silahına malik olmamalıdır. Bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat verib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, G7 liderləri Yaxın Şərq regionunda sülh və sabitliyə yardım etməyə hazır olduqlarını da bildiriblər.

Agentliyin həmsöhbətinin məlumatına görə, Yaponiyanın Baş naziri Sindzo Abe müzakirələr zamanı Tokionun "İranın uranın zənginləşdirilməsi səviyyəsini aşması ilə bağlı ciddi narahatlığını" bildirib.

Bununla yanaşı, Yaponiya hökuməti bu problemin "diplomatik yolla həllinə nail olmağa" davam etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.