Dünya

Nüvə silahına sahib OLAN ÖLKƏLƏR - QORXUNC RƏQƏMLƏR - FOTO

23 Avqust 2019 23:50
0 Şərh     Baxış: 6 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər ölkənin əlində olmayan bu silahlar olduqları ölkənin rəqiblərin ciddi qorxu içində saxlayır.

Hazırda əlindəki nüvə silahının az olmasına rəğmən, ətrafına ən çox qorxu saçan ölkə Şimali Koreyadır.

Milli.Az "Business Insider" dərgisinə istinadən nüvə silahına sahib olan ölkələrin siyahısını təqdim edir:

Rusiya

Dünyanın ən güclü bombası daxil, 7000 nüvə bombası

ABŞ

6800 nüvə bombası

Fransa

300 nüvə bombası

Çin

270 nüvə bombası

İngiltərə

215 nüvə bombası

Pakistan

140 nüvə bombası

Hindistan

130 nüvə bombası

İsrail

80 nüvə bombası

Şimali Koreya

60 nüvə bombası olduğu düşünülür

Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət var.

Bunlardan beşi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşmasına görə, "nüvə silahlı dövlət" kimi qəbul edilib.

ÇİN

Toplam nüvə döyüş başlığı: 250

Aktiv döyüş başlığı: Bilinmir

Çinin ilk nüvə silahı sınağı 1964-cü ildə "596" kod adlı nüvə bombası olub.

İNGİLTƏRƏ

Toplam nüvə döyüş başlığı: 225

Aktiv döyüş başlığı: 160

İngiltərənin ilk nüvə silahı sınağı 1952-ci ildə "Hurricane" kod adlı nüvə bombası olub.

FRANSA

Toplam nüvə döyüş başlığı: 300

Aktiv döyüş başlığı: 290

Fransanın ilk nüvə silahı sınağı 1960-cı ildə "Gerboise Bleue" kod adlı nüvə bombası ilə olub.

RUSİYA

Toplam nüvə döyüş başlığı: 4.480

Aktiv döyüş başlığı: 1.600

Rusyanın ilk nüvə silahı sınağı 1949-cu ildə "RDS-1" kod adlı nüvə bombası olub.

ABŞ

Toplam nüvə döyüş başlığı: 4.804

Aktiv döyüş başlığı: 2.104

ABŞ-ın ilk nüvə silahı sınağı 1945-ci ildə "Trinity" kod adlı nüvə bombası olub.

Bilinən digər nüvə proqramları

HİNDİSTAN

Toplam nüvə döyüş başlığı: 110

Aktiv döyüş başlığı: Bilinmir

Hindistanın ilk nüvə silahı sınağı 1974-cü ildə "Smiling Buddha" kod adlı nüvə bombası olub.

PAKİSTAN

Toplam nüvə döyüş başlığı: 120

Aktiv döyüş başlığı: Bilinmir

Pakistanın ilk nüvə silahı sınağı 1998-ci ildə "Chagai-I" kod adlı nüvə bombası olub.

Bildirilməmiş nüvə silahları olan dövlətlər

İSRAİL

Sahib olduğu nüvə silahı başlığının sayı bilinmir

1979-cu ildə Vela peyklərindən İsrailin Hind okeanının cənubundakı Şahzadə Eduard adaları yaxınlığında gizli olaraq nüvə sınağı keçirdiyi ortaya çıxıb.

ŞİMALİ KOREYA

Sahib olduğu nüvə silahı başlığı bilinmir

Şimali Koreyanın ilk nüvə sınağı 9 oktyabr 2006-cı ildə olub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.