Rusiya və Çin Ayda birgə elmi stansiya yaradacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya və Çinin kosmik tədqiqatlar üzrə təşkilatları Ayda birgə elmi stansiya yaradılması barədə planın müddəalarını müzakirə ediblər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məsləhətləşmələr iki ölkənin hökumət başçılarının mütəmadi görüşlərinə hazırlıq çərçivəsində keçirilən kosmik tədqiqatlar sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin komissiyasının 20-ci iclasında aparılıb.
"Roskosmos"un baş direktoru Dmitri Roqozin və Çin Milli Kosmos Administrasiyasının rəhbəri Çjan Ketszyanın sədrliyi ilə keçirilən iclasda Ayda birgə elmi stansiya ilə yanaşı, Yerin məsafədən zondlanması üzrə peyk qrupunun yaradılması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Rusiya və Çin rəsmiləri kosmik tədqiqatlar sahəsində qarşılıqlı fəaliyyətin mümkün istiqamətlərinə də toxunublar. Rusiyanın "Qlavkosmos" idarəsinin koordinasiyası altında 2018-2022-ci illərdə iki ölkə arasında əməkdaşlığa dair proqrama yenidən baxılması da diqqət mərkəzində olub. Ayda birgə elmi stansiya yaradılması təşəbbüsü Çin tərəfinə Sankt-Peterburqda keçirilmiş Beynəlxalq iqtisadi forum zamanı təqdim olunub. "Roskosmos" 2023-cü ildə Aya göndərəcək "Luna-26" missiyasını Çinin analoji proqramı ilə birləşdirmək istəyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi





