Dünya

Rusiya ordusunun indi də "S-500"ü olacaq

26 İyun 2019 16:30
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"S-500" hava hücumundan müdafiə sistemləri yaxın illərdə Rusiya silahlı qüvvələrinə veriləcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda Rusiya baş nazirinin müavini Yuriy Borisov deyib.

Onun sözlərinə görə, uğurlu ilkin sınaqlar qoşunların bu zenit-raket sistemi ilə təchizini tezləşdirməyə imkan verib: "Nəticədə "S-500" komplekslərinin raket alaylarına çatdırılması artıq yaxın illərdə başlayacaq".

Borisov deyib ki, hazırda "S-500" sisteminin müxtəlif elementlərinin mərhələli sınaqları keçirilir və sınaqlarda dünyada analoqu olmayan raketlərdən istifadə olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.