Dünya

Ərdoğan sabah Nazirlər Kabinetini toplayır

12 İyun 2019 12:14
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetini Ankaranın Beştəpə vilayətində toplayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, toplantının əsas gündəmini ABŞ-la gərginliyə yol açan S-400 havadan müdafiə sistemlərinin alınması təşkil edəcək.

S-400-lə bağlı ABŞ-dan gələn məktubla yanaşı, F-35 gərginliyi, iqtisadi inkişaf, terrorla mübarizə əməliyyatları və İstanbul seçkilərinin detalları müzakirə ediləcək.

Kabinetdə ABŞ müdafiə nazirinin vəkili Patrik Şanahanın Milli müdafiə naziri Hulusi Akara göndərdiyi S-400 və F-35-lə bağlı məktubundan sonra Türkiyənin davranışı və atacağı addımlar müəyyənləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.