Dünya

Ayı ovçuların soyuducusunu oğurladı - VİDEO

15 May 2019 16:25
0 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kamçatka bölgəsində maraqlı hadisə qeydə alınıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ayı ovçuların yeməklə dolu soyuducusunu oğurlayıb.

Ovçular avtomobillərini yolun kənarında saxlayıblar və nə iləsə məşğul olublar. Bu zaman ayı maşına yaxınlaşıb və kuzovdakı yeməklə dolu soyuducunu götürərək aradan çıxıb. Oğurluq anını ovçular da görüblər və onlardan biri baş verənləri mobil telefonun yaddaşına köçürüb. Ovçular havaya bir neçə dəfə atəş açıblar ki, ayı qorxsun və soyuducunu buraxaraq qaçsın. Amma yırtıcı soyuducunu dişində dartaraq aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.