Dünya

Türkiyədə iş adamını villasında öldürüb xaricə qaçan azərbaycanlıdır, yoxsa əfqan?..

20 Aprel 2019 16:30
0 Şərh     Baxış: 1 154

Türkiyədə bu ilin fevralından itkin düşmüş hesab edilən 9 yaşlı iş adamı Şahin Akçanın Tekirdağdakı villasında boğularaq öldürüldüyü üzə çıxıb. Onu qətlə yetirməkdə şübhəli bilinən şəxs isə S.M. olaraq  göstərilən azərbaycanlıdır. Həmin şəxs Türkiyəni tərk edib və barəsində beynəlxalq axtarış elan olunub.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, iş adamı İstanbulda itkin düşüb. Şahin Akça Türkiyədəki biznesi ilə yanaşı vətəndaşı olan ABŞ-da da restoranlar işlədirmiş. Akçanın ailəsi xaricdə yaşayır. Məlumata görə  ailə üzvlərinin bir neçə ay əvvəl Akça ilə əlaqəsi kəsilib. Onlar iş adamının taleyini müəyyən etmək üçün  2019-cu ilin fevral ayında İstanbula gəliblər, amma Akçanı tapa bilməyiblər və polisə müraciət ediblər.

Polis Akçanı axtarsa da heç bir iz tapa bilməyib. Nəhayət aprelin 16-da ailə üzvləri Tekirdağ Cümhuriyyət Prokurorluğuna müraciət edərək Şahin Akçanın bu vilayətin turizm bölgəsi olan Kumbağda villasının olduğunu bildirib. Prokurorluğun təlimatı ilə jandarma və polis həmin villanın ərazisinə girərək axtarışlara başlayıb. Axtarışlar zamanı Akçanın villanın damında cəsədi tapılıb. İlkin müayinələr onun boğularaq öldürüldüyünü üzə çıxarıb.

Polis avtomobillərin dövlət nömrə nişanları ilə axtarış sistemini işə salıb, videomüşahidə kameralarından əldə olunan görüntülərlə müəyyən olunub ki, Akça ötən il dekabrın 11-də özünün lüks avtomobili ilə Tekirdağa, villasının yerləşdiyi səmtə daxil olub və bir daha həmin ərazini tərk etməyib. Araşdırmalarla müəyyən olunub ki, Akça həmin vaxt Azərbaycan vətəndaşı S.M. ilə birlikdə villasına tərəf gedib. Jandarma müəyyən edib ki, S.M. 2009-cu il yanvarın 9-da Türkiyənin Gürcüstanla sərhəddəki Sarp sərhəd-keçid məntəqəsindən keçərək ölkəni tərk edib. Onun yaxalanması üçün beynəlxalq axtarış elan edilib, istintaq davam edir.

Türkiyə KİV-lərinin bir çoxunda isə iş adamını qətlə yetirməkdə şübhəli hesab edilən S.M.-in Əfqanıstan vətəndaşı olduğu göstərilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.