Dünya

Sudanda çevriliş edən Auf da istefa verdi

13 Aprel 2019 09:35
0 Şərh     Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sudanda siyasi gərginlik davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.

Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.

Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.