Dünya

Bu sürücü taksisinə minən 12 qadını zorlayıb, 4-nü öldürüb - FOTO

13 Aprel 2019 10:14
1 Şərh     Baxış: 6 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 5 il ərzində sərnişinlərini zorlayıb, öldürən taksi sürücüsünə hökm oxunub.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, 33 yaşlı Dmitri Lebed sərxoş haldaykən 4 qadını öldürüb, birini isə öldürməyə cəhd edib.

Sürücü öldürdüyü qadınlardan başqa 8 qızı da zorlayıb. 

Hadisə Rusiyanın Abakan vilayətində baş verib. O, taksiyə minən qadınları zorlamazdan əvvəl onlara narkotik maddə içirdib.

Onun ilk qurbanı 2014-cü ildə öldürdüyü Oksana Litvinovadır. Oksana həmin vaxt telefon mağazasında satıcı işləyib. Əvvəllər isə barmen kimi fəaliyyət göstərib.

Dmitri onu öldürdükdən sonra, üzünü tanınmaz hala salaraq, cəsədi meşəyə ataraq qaçıb.

Oksananın bacısı bildirib ki, onu paltarlarından və maniküründən tanıya biliblər.

Dmitrinin ikinci qurbanı isə 22 yaşlı Anna Laşkova olub. O, daha sonra Anastasiya Borgoyakovanı qətlə yetirib. 30 yaşlı Natalya Yakova isə 2015-ci ildə öldürülüb.

Dmitri birinci ifadəsində cinayəti dansa da, sonradan etiraf edib və öldürdüyü qızların qohumlarından üzr istəyib.

O, ömürlük azadlıqdan məhrum edilib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.