Dünya

İranda güclü zəlzələ oldu

1 Aprel 2019 14:54
0 Şərh     Baxış: 5 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinə istinadən məlumat verir.

Məlumata əsasən, bu gün yerli vaxtla saat 14:37 radələrində İranın Kirmanşah vilayətində 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələ Kirmanşah vilayəti Sumar rayonunun 22 kilometrliyi və İlam vilayəti Salehabad rayonunun 49 kilometrliyində baş verib.

Zəlzələnin ehtimal olunan tələfatı haqda məlumat verilməyib.

Xatırladaq ki, ötən il noyabrda İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.