Sarkisyana həbs yolu göründü - Ohanyan onu satıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistanın sabiq müdafiə naziri, Baş Qərargahın keçmiş rəhbəri Seyran Ohanyan Xüsusi İstintaq Xidmətində 2008-ci il 1 mart hadisələrinə görə eks-prezident Serj Sarkisyanla üzləşdirilib, lakin onu satmayıb".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti Serk Sarkisyana yaxın mənbəyə istinadən yazıb.
Mənbə Sarkisyanın sonunda həbs oluna biləcəyini açıqlayıb: "Ohanyanın Sarkisyana qarşı ifadə verməsi haqda yayılan xəbərlər gerçək deyil. Bundan əlavə biz bilirik ki, Ohanyan istintaqda bunları deyib: "Sarkisyan mənim ali baş komandanım olub". Bir sözlə, Ohanyan özünü düzgün aparıb.
Hakimiyyət reytinqinin güclü şəkildə aşağı düşdüyünü görür və ona yeni şou lazımdır, şounu isə bu cür təmin edir".
Xatırladaq ki, 2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar. 10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarkisyan yox, Levon Ter-Petrosyan qalib gəlib. Konstitusiya Məhkəməsi isə o zaman seçkiləri qanuni olaraq tanıdığını, Sarkisyanın 52,86 faiz səs, Levon Ter-Petrosyanın isə 21,5 faiz səs topladığını açıqlamışdı.
Bundan sonra martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində - Myasnikyan abidəsinin yaxınlığında 10 nümayişçi öldürülüb. Hadisə nəticəsində 200-dən çox insan yaralanıb.
Bu hadisə ilə əlaqədar olaraq artıq eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan dindirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir





