Dünya

Ermənistanda 32 uşaq zorlanıb

10 Fevral 2019 07:11
3 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda uşaqlara qarşı törədilən cinayətlər, o cümlədən seksual zorakılıq halları artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2018-ci ildə azyaşlılara qarşı cinayət əməllərinin sayı 317 olub ki, halbuki 2017-ci ildə bu rəqəm 265 təşkil edib. Azyaşlılara qarşı cinayətlərin bir hissəsi seksual xarakter daşıyır. Belə ki, ötən il bu ölkədə uşaqlara qarşı 32 zorlama cinayəti törədilib. Həmçinin 41 fiziki güc tətbiq etməklə xəsarət yetirilməsi, 15 valideynin uşağından imtina etməsi halları qeydə alınıb. Ağır cinayətlər sırasında azyaşlıların oğurlanması üzrə 10 cinayət işi qaldırılıb. Bundan başqa, iki azyaşlının öz anaları tərəfindən öldürülməsi və uşaqların orqan alverinin qurbanı olması faktları üzrə də istintaqlar aparılır.

İstintaq Komitəsinin məlumatını şərh edən ekspertlər bildiriblər ki, uşaqlara qarşı cinayətlərin sayının artması ölkədəki sosial vəziyyətin ağır olması ilə əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.