Dünya

Gürcüstanda 158 nəfər “Donuz qripi”nə yoluxub

7 Yanvar 2019 13:44
1 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda H1N1 virusuna ("donuz qripi") 158 yoluxma halı laborator olaraq təsdiq olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qrip virusunun yayılma göstəricisi aşağı düşüb: "Son məlumatlara əsasən, 100 min sakinə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici 277 nəfər təşkil edib".

Qonşu ölkədə qripin geniş yayılması ilə bağlı ötən həftə Rustavi Şəhər Xəstəxanası, bu gün isə Mtsxeta Tibb Mərkəzində karantin elan olunub.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 8 nəfər "Donuz qripi"ndən ölüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.