Dünya

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

11 Dekabr 2018 13:56
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə parlamentinin spikeri postunu hökumətdəki 1-ci müavini Ararat Mirzoyana həvalə etmək istəyir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, baş nazirin 1-ci müavini postuna Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı gətirmək niyyətindədir.

"Artur Vanetsyanın "Mənim addımım" bloku ilə münasibətləri kifayət qədər istidir. Buna görə o, baş nazirin 1-ci müavini postuna təyinat alacaq. Vanetsyan baş nazirin 1-ci müavini seçiləndən sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru postuna Respublika Partiyası ilə bütün körpüləri yandıran Feliks Tsolakyan gətiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.